Özbəkistanda
Azərbaycan haqqında məqalə müsabiqəsi
Azərbaycanın Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Özbəkistan Jurnalistlər İttifaqı ilə birgə bu ölkənin kütləvi informasiya vasitələrində Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsi elan edib.
Ümummilli lider Heydər Əliyevin 90 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyləri nəzərə alınaraq müsabiqə üç nominasiya - "Azərbaycan", "Heydər Əliyev" və "Azərbaycan mədəniyyəti" mövzuları üzrə elan olunub.
Mərkəzin direktoru Samir Abbasov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan mövzusunu qardaş Özbəkistan mətbuatında daha çox işıqlandırılması və təbliğidir. Müsabiqənin nəticələrini qiymətləndirmək üçün yaradılmış xüsusi işçi qrupuna Özbəkistanın tanınmış jurnalist və redaktorları daxildir.
Müsabiqəyə
noyabr ayında yekun vurulacaq, qaliblər Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul
mükafatları ilə təltif ediləcəklər. Hər
nominasiya üzrə 3 yer
müəyyən olunub. Bundan
başqa, Azərbaycan mövzusunu
qardaş Özbəkistanda ən çox işıqlandıran mətbu orqan (qəzet, jurnal, elektron informasiya vasitəsi)
da münsiflər heyəti tərəfindən
seçilərək mükafatlandırılacaq.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 11.